Abstract
Poststreptococcal glomerulonephritis is a renal parenchymal pathology characterized by exudative and proliferative glomerulonephritis resulting from activation of the complement system, which occurs 1-3 weeks after an upper respiratory tract infection with group A beta-hemolytic streptococcus, and 3-5 weeks after skin infections. Clinical signs can range from asymptomatic, microscopic hematuria to acute nephritic syndrome characterized by red or yellow urine, proteinuria, edema, hypertension, and acute kidney injury. The prognosis is generally good.
Cover Letter
Giriş
Poststreptokokkal qlomerulonefrit A qrupu beta-hemolitik streptokoklardan qaynaqlanan əsasən 3-12 yaşarası uşaqlarda görülən kəskin qlomerulonefritin əsas səbəbi olan xəstəlikdir. Poststreptokokkal qlomerulonefrit uşaqların təxminən 2/3də anidən başlayan makroskopik hematuriya, 3/4də ödem, yarısında hipertenziya və böyrək çatışmazlığı ilə birlikdədir. Əsasən streptokoksik faringit ya da impetiqo-piodermiyadan sonra(7-21gün) ortaya çıxar. Xəstəlik zamanı qlomerulda proliferativ və iltihabi bir cavab başlayır. Qlomerulların bazal membranında olan antigen-anticisim kompleksləri komplement sistemi hərəkətə keçirir və qlomerullarda toplanmasına səbəb olur. Toplanan komplement sistemi qlomerulda iltihaba səbəb olaraq onun parçalanmasına və bunun nəticəsində qlomerulyar filtrasiya surətinin azalmasına səbəb olur. Azalan qlomerulyar filtrasiya surəti və azalan filtrasiya əlavə olaraq artan Na geri sorulması ödem əmələ gəlməsinə səbəb olur. Plazma həcmi genişlənir və plazma renini azalır.Uşaqlarda simptomsuz hematuriya ola bilər. Ödem, çay və ya kola rəngində sidik ən çox görülən başlanğıc əlamətidir. Oliqouriya,ödem və hipertenziya ürək çatışmazlığı ya da ensefalopatiya kimi ağırlaşmaları başlada bilir. Diaqnoz keçirilmiş infeksiyadan sonra yaranan ödem,hematuriya və arterial hipertenziya əlamətlərinə əsasən qoyulur. Oliqouriya və döş qəfəsi rentgenində görülən ağciyər kölgəliklərinin artması da bu xəstəlik üçün patoqnomikdir. Sidiyin müayinəsində hematuriyadan başqa yüngül,orta proteinuriya, konsentrasiyası artmış sidik və eritrositlər müşahidə edilə bilər. ASO ilə keçirilmiş streptokokk infeksiyası dəqiqləşdirilə bilər. Komplement sistemdən C3-ün aşağı olması da diaqnozu təsdiqləyir. Aşağı C3 6-8 həftə içərisində normaya qayıdar.
Müalicə və profilaktikası
Xəstəliyin əsas müalicəsi altda yatan xəstəliyi müalicə etmək və simptomatik yardım göstərməkdir. Spesifik müalicə hipertenziya, ürək çatışmazlığı, ağciyər ödemi və oliqouriya üçün diuretikləri, sadəcə hipertenziya üçün Ca kanal blokatorları (nifedipine və s.), AÇF inhibitorları ya da vazodilatatorlar (hidralazine), ağır hipertenziya ya da hipertenziv ensefalopatiya üçün nifedipin, diazoksid və ya nitroprussidi əhatə edir. (Araşdırmalar göstərir ki, antihipertenziv olaraq istifadə edilən AÇF inhibitorları həm təzyiqi həm də plevrada toplanan mayeni zaltmaq üçün digər antihipertenzivlərdən daha üstündür.) Proteinuriya və ödem 5-10 gün içində geriləyir, ancaq mikroskopik hematuriya aylar ya da bəzən illər boyu davam edir. Araşdırmalar Poststreptokokkal qlomerulonefriti önləmək üçün profilaktik bir dərman maddəsinin olmadığını qeyd edir. Xəstəliyin yayılımını azaltmaq üçün A qrupu beta-hemolitik streptokoklardan qaynaqlanan infeksiyalardan qorunmaq tövsiyə olunur. Bu bakteriyaların törətdiyi xəstəliklərdən qorunmaq üçünsə hər hansı bir qoruyucu vasitələr aşkar edilməmişdir.
Klinik təcrübi hal
8 yaşında qız yuxarı tənəffüs yollarının kəskin infeksiyasından 20 gün sonra ortaya çıxan sidiyin miqdarında azalma, sidik rənginin kola rəngində olması,aşağı ətraflarda,üzdə olan ödem və şişkinlik, yüksək arterial təzyiq şikayətləri ilə klinikamıza daxil olmuşdur. Ananın dediyinə görə uşaq son 21 gündür xəstədir. Fasilələrlə bədən hərarəti yüksəlmiş, valideynlər başqa klinikaya müraciət etmişlər. Orada müayinə zamanı "strep test" - pozitiv, sidiyin ümumi analizində proteinuriya, makrohematuriya, qarın boşluğu ultrasəs müayinəsi zamanı çanaqda və plevrada maye aşkarlanmış, sefalosporin qrupu antibiotik təyin edilmişdir. Daxil olarkən uşağın ümumi halı orta ağır qiymətləndirildi. Müayinə zamanı: dəri rəngi solğun,bütün bədəndə yayılmış ödemlər(anasarka), temperatur 38C, yüksək arterial təzyiq (160 mm.c.süt.), bradikardiya, oliqouriya, sidik rənginin kola rəngində olduğu aşkar edildi. Xəstədən laborator analizlər və toraks, abdomen USM istənildi. Nəticələr aşağıdakı kimidir. Ailə bu halın ilk dəfədir yaşandığını, uşağın əvvəllər hər hansı bu və ya digər xəstəliklərinin olmadığını və ailədə bu xəstəliklə uyumlu irsi-genetik bir xəstəliyin olmadığını qeyd etdi. Xəstəyə daxil olarkən ilkin olaraq ödem və yüksək təzyiq üçün Laziks (furosemid) 20 mg, yuxarı tənəffüs yollarının kəskin infeksiyasının müalicəsi üçün Clavera -bid 400 mg/ 5 ml, salipra 2.5 ml təyin olundu,3 gün sonra üzdə və ətraflarda olan ödem çəkilmiş, anuriya şikayəti azalmış, sidiyin rəngi bir qədər açılmış və arterial təzyiq bir qədər azalmışdır (140/80). 3 gün sonunda furosemid dayandırılır,əvəzinə antihipertenziv olaraq amlodipin 5 mg və ramipril 2.5 mg təyin olunur. Davam edən günlərdə xəstənin təzyiqi də normal göstəricilərə dönür. Xəstə evə yazılarkən ilk gəldiyində olan bütün şikayətlər azalmış və klinik yaxşılaşma qeyd edilmişdir.
Figures
Keywords
References
1. Harisson`s principle of internal medicine 21 Edition.2022
2. Nelson Textbook of Pediatrics 22.Edition. 2024
3. Çocuk Nefroloji El kitabı
4. Alhamoud M A, Salloot Z, Mohiuddin S S, et al. A Comprehensive Review Study on Glomerulonephritis Associated With Post-streptococcal Infection.Pubmed 2021
5. Türk Nefroloji Derneği nefroloji kitabı
6. Evidence-based treatment limitations prevent anytherapeutic recommendation for acute poststreptococcal glomerulonephritis in children.Zaffanello M, Cataldi L,Franchini M, Fanos V.
Article Info:
Publication history
Published: 30.Jul.2025
Copyright
© 2024-2025. Azerbaijan Nephrologists Society. Published by "Uptodate In Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Viewed: 170

