Abstract
Recurrent urinary tract infection (UTI) is a common clinical problem in women. It is most frequently associated with Escherichia coli and other Enterobacteriases. However, in cases where symptoms are persistent, unresponsive to treatment, and accompanied by additional findings such as low-grade fever, rare etiologies including urogenital tuberculosis (UGTB) should also be considered. Immunosuppression related to COVID-19 infection, long-term steroid use, and catheterization may create a favorable environment for the activation of this infection. In this article, we present a rare clinical case in which rifampicin-resistant UGTB manifested as recurrent cystitis episodes. In this clinical case, a 64-year-old female patient presented with complaints of recurrent postCOVID cystitis episodes, low-grade fever, and fatigue. During this period, she received various antibacterial treatments, but further etiological investigations confirmed a urogenital tuberculosis infection. This case highlights the importance of etiological treatment in recurrent cystitis and emphasizes the significance of tuberculosis as a potential underlying cause.
Cover Letter
Giriş.
Ümumi tüberkulyoz hallarının 2-20 %-i urogenital lokalizasiyalıdır. Ədəbiyyatlara görə, bəzi endemik bölgələrdə bu göstərici daha yüksək ola bilər. UGTB çox zaman qeyri-spesifik simptomlarla özünü göstərdiyi üçün diaqnoz gecikə bilər — bəzi tədqiqatlarda sidik kisəsi UGTB üçün bu müddət oratalama 10 ay göstərilsə də, təkrarlayan SYİ ilə özünü maskalayan UGTB-lərdə 6–8 ilə qədər uzana bildiyi göstərilmişdir. UGTB zamanı böyrək parenximasında zədələnmə, böyrək skarlaşması, böyrək kaliks və pelvisinin deformasiya olunması, ureterik striktura və stenoz, sidik axını yollarının obstruksiyası, hidroureter, hidronefroz, böyrək çatışmazlığı və sidik kisəsinin tutumunun azalması kimi ağırlaşmalar baş verə bilər. Xəstəliyin gecikmiş diaqnozu və müalicəsi nəticəsində böyrək zədələnməsi və hətta nefrektomiya (böyrəyin cərrahi çıxarılması) lazım gəlir. UGTB xəstələrinin təxminən 71%-i müalicə zamanı ən azı bir dəfə uroloji cərrahiyyə əməliyyatına ehtiyac duyur. Qadınların təxminən 26%-i həyatlarının müəyyən dövründə təkrarlayan sistitdən əziyyət çəkir. İllik 3 və ya daha çox epizod yaşayan qadınlar “təkrarlayan sistit” qrubuna daxildir. Bu qrupa daxil olan pasiyentlərdə standart müalicəyə cavabsızlıq hallarında alternativ etiologiyaların (UGTB kimi) araşdırılması vacibdir. UGTB-nin mortallığı bəzi mənbələrdə 8.8-21% arasında dəyişdiyi bildirilmişdir.
Klinik hal.
64 yaş qadın xəstə, qızdırma (37.5-38°C), halsızlıq və təkrarlayan sistit epizodları ilə müraciət edir. Bilinən yanaşı xəstəliyi yoxdur. Siqaret çəkmir. Cinsi aktiv deyil. 2021-ci ilin əvvəlində “Koronavirus infeksiyası” diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, bu müddətdə xəstədə sidik kateteri ilə əlaqəli SYİ yaranmış, uyğun müalicədən sonra steril idrar və Covid-19 PZR-RT neqativ olmasına baxmayaraq xəstənin subfebril qızdırma şikayətləri davam etmişdir. MSS mənşəli qızdırma, post-kovid sindrom düşünülərək xəstəyə yüksək doza ilə steroid (prednol 32 mq, 18 gün ), konversiya pozğunluğu və depressiya səbəbilə antidepressan (“Cipralex” 10 mq- mütəmadi), xolekalsiferol verilmişdir. Bu müddət ərzində TAK (təmiz aralıqlı kateter ) istifadə etmişdir. Təkrarlayan sistit epizodları ilə müaricət edən xəstəyə antibioqrama uyğun olaraq fosfomisin və karbopenem qrupu antibiotiklər verilmiş, sidikdə sterillik və klinik yaxşılaşma əldə olunsa da qızdırması tam keçməmişdir. Irəli araşdırma üçün xəstəyə USM, abdominal K, sistoskopiya olunmuşdur. Sidik kisəsi divarının qalınlaşması qeyd olunmuşdur. Anti- HİV və digər cinsi yolla keçən infeksiyaları mənfi nəticələnmişdir. 07.09.2022 tarixində götürülən sidik nüçunəsində ARB boyanma mənfi, 7,8 və 9 olmaqla üç ardıcıl alınan sidik nümunəsində vərəm mikobakteriyalarının kultivasiyası üçün götürülmüşdür. 15. 11. 2022 tarixində rifampisin davamlı M.Tuberculosis inkişaf etmişdir. Xəstə müalicəsini almaq üçün Vərəm Əleyhinə Dispanserə yönləndirilmişdir.
Ümumdünya Səhiyyə Təşkilatının 2022-ci ildə verdiyi məlumatlara əsasən 2021-ci ildə ötən illə müqayisədə vərəmə yeni yoluxma sayında 4.5% artım, rifampisin davamlı ştam sayında isə 3 % artım qeyd olunmuşdur. Artımın səbəbləri pandemiyanın əvvəlində diaqnoz qoyulmasında olan gecikmələr, KRDS zamanı yüksək doza steroid istifadəsi, “Covid-19”-un limfapeniyaya səbəb olmasıdır. Həmçinin, tüberkulozda adaptiv immun cavabda əsas rolu T limfositləri oynayır ki , “Covid-19” virus infeksiyası zamanı T limfositlərin sayında və funksional çeşidlənməsində azalma olur.
Digər yandan Sars-Cov2-nin ACE-2 reseptorlarına bağlanır, hansı ki bunlar sidik yollarında da yerləşir. Xəstələrdə SYİ şikayətlərinin yaranması da məhz bununla izah edilir. Bu zaman yaranan toxuma zədələnməsi digər patogenlərin də rahat kolonizasiyasına və infeksiyasına şərait yaradır. Təqdim etdiyimiz klinik halda da bu və foley kateteri səbəbilə P. auriginosa əlaqəli SYİ yaranmışdır.
Kulchavenya E. və digərlərinin Rusiyanın Novosibirsik Vərəm Araşdırma Mərkəzində aparılan prospektiv tədqiqatda təkrarlayan SYİ olanların 25 %-də səbəb UGTB olmuşdur [Kulchavenya E. et al] . Bu xəstələrdə ortalama 8 il ərzində (7.9±3.4 il) diaqnoz qoyulmuşdur. Bizim təqdim etdiyimiz halda isə erkən şübhə və müdaxilə ilə bu müddət 1 il 7 ay olmuşdur. Bu zaman ölkədəki risk faizini də nəzərə almaq rol oynayır. ÜST-ün verdiyi məlumatlara əsasən Azərbaycan vərəm üçün yüksəkli riskli ölkələr siyahısındadır.
Urogenital vərəm sidik yollarının xroniki iltihabını yaradır. Bu zaman epitelin qlükozaminqlükan (GAG) qatı zədələnir ki , bu da patogenlərin kolonizasiyasına şərait yaradır və təkrarlayan sidik yolları infeksiyalarına gətirib çıxarır. Chan və digərləri müəyyən etmişdir ki, sidik kisəsi divarının iltihabı və aşağı sidik yolları disfunksiyası zamanı toxumanın Mast hüceyrələri (MC) IL-10 istehsal edir ki, bu da yerli olaraq humoral və hüceyrəvi immun cavabın zəifləməsinə və bakteriyaların davamlılığına gətirib çıxarır.
Ədədbiyyatda daha öncə 2015-ci ildə 68 yaşlı təkrarlayan sistit epizodları müşahidə olunan qadında urogenital vərəm aşkarlamışdır [Monica M. Et al]. Lakin diaqnozaqədərki müalicə strategiyasında kinolon istifadəsi əsas diaqnozu bir qədər maskalamışdır. Həmçinin, florkinolon istifadəsi florkinolon dirəncli vərəm ştamlarının yaranmasına gətirə bilər. Devasia və dostlarının apardığı bir araşdırmada vərəm diaqnozu qoyulmazdan öncəki 60 gün içində 10 gündən artıq kinolon istifadə edənlərin yüksək faizlə (20.8%) kinolon dirəncli vərəmlə əlaqəli olduğu göstərilmişdir. Yuxarıda sadalananları və xüsusən yaşlı populasiyada yan təsirlərini nəzərə alaraq digər müalicə strategiyaları ilə yanaşmamız bizə avantaj vermişdir.
Nəticə.
UGTB özü SYİ yaratdığı kimi digər patogenlərin də sidik kisəsində kolonizasiya üçün zəmin yaradır. Təkrarlayan SYİ-də müalicənin effektsizliyi, residiv və reinfeksiyalar, vərəm üçün yüksək prevalanslı ərazidə yaşamaq və digər risk fakorları varsa UGTB mütləq araşdırılmalıdır. Belə hallarda SYİ müalicəsi üçün florkinolon istifadəsi məsləhət görülmür. Təkrarlayan SYİ-də səbəbə yönəlmiş müalicə təkrarlanmadan, ağırlaşmadan, artıq antibiotik istifadəsindən və cəmiyyəti davamlı ştamlardan qoruyur.
Figures
Keywords
References
1. Figueiredo AA, Lucon AM, Srougi M. Urogenital Tuberculosis. Microbiol Spectr. 2017
J a n ; 5 ( 1 ) : 1 0 . 11 2 8 / m i c r o b i o l s p e c . t n m i 7 - 0 0 1 5 - 2 0 1 6 . d o i : 1 0 . 11 2 8 / microbiolspec.TNMI7-0015-2016. PMID: 28087922; PMCID: PMC11687435.
2. Chandran S, Rahman A, Norris JM, Tiberi S, Kunst H. Diagnostic pitfalls of urogenital tuberculosis. Trop Med Int Health. 2021 Jul;26(7):753-759. doi: 10.1111/tmi.13583. Epub 2021 May 6. PMID: 33817915.
3. Muneer, A., Macrae, B., Krishnamoorthy, S. et al. Urogenital tuberculosis — epidemiology, pathogenesis and clinical features. Nat Rev Urol 16, 573–598 (2019). https://doi.org/10.1038/ s41585-019-0228-9
4. Muneer, A., Macrae, B., Krishnamoorthy, S., & Zumla, A. (2019). Urogenital tuberculosis — epidemiology, pathogenesis and clinical features. Nature Reviews Urology, 16(10), 573–598. doi:10.1038/s41585-019. Epub 2019 September 23. PMID: 31548730.
5. David J. Horne, Elizabeth Ann Misch, Practice Point 18 - Tuberculosis of the Urogenital Tract, Editor(s): Jonathan Cohen, William G. Powderly, Steven M. Opal,Infectious Diseases (Fourth Edition), Elsevier,2017,Pages 555-556.e1.ISBN 9780702062858. doi:
10.1016B978-0-7020-6285-8.00213-6.
6. Aggarwal N, Leslie SW. Recurrent Urinary Tract Infections. [Updated 2025 Jan 20]. In: StatPearls [Internet]. Treasure Island (FL): StatPearls Publishing; 2025 Jan-. Available from: https://www.ncbi.nlm.nih.gov/books/NBK557479/
7. Dias N, Pina-Vaz T, Abreu-Mendes P, et al. Review of 175 cases of tuberculosis infections affecting the urogenital system. Turk J Urol. 2022;48(6):440-445.
Article Info:
Publication history
Published: 30.Jul.2025
Copyright
© 2024-2025. Azerbaijan Nephrologists Society. Published by "Uptodate In Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Emergency Department Evaluation of Seizures Due to Electrolyte Deficiency
Viewed: 159

